Avropa İslam Universitetində “korrupisya həbsləri”

Hollandiyanın Rotterdam şəhərində yerləşən və ilahiyyat təhsili verən Avropa İslam Universitetinin rəhbərliyi, “saxtakarlıq, fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı” ilə həbs edilib.
Vergi Araşdırma və Təhqiqat Bürosu (FIOD), universitetin bütün hesablarını araşdırmağa başlayıb. Avropa İslam Universiteti rəhbərlərinin mal varlıqlarına da əl qoyulub.
Rotterdam İslam Universiteti tərkibindəki anlaşılmazlıqlar nəticəsində çıxanların qurduğu Avropa İslam Universiteti yüksək peşə məktəbi statusunda xidmət verir.
AD qəzetində yer alan xəbərə görə prof. dr. Nedim Bahçekapılının rektoru olduğu universitet, ciddi korrupsiya ittihamları ilə qarşı-qarşıya qalıb. FIOD müfəttişləri tərəfindən edilən basqın və hesablardakı araşdırma nəticəsində Avropa İslam Universitetinin 3 rəsmi işçisi polis tərəfindən saxlanılıb. Prokurorluq həmin kəslərin şəxsiyyətinə bağlı məlumat verməyib.
Mütəşəkkil cinayətkarlığa baxan vəkillərin şərhinə görə, nəzarətə alınan universitet rəhbərliyi fırıldaqçılıq və saxtakarlıqda günahlandırılır.
Avropa İslam Universitetinin vergi dairəsindən əldə edilən haqsız qazanc ilə imam təhsilinin maliyyələşdirilməsini təmin etdiyi ifadə edilib. Nəzarətə alınan 3 işçiyə aid 87 min avro nağd pul, kredit kartları, bank hesabları, zinət əşyaları və avtomobillərə əl qoyulub.
Xatırladaq ki, Avropa İslam Universiteti 2001-ci ildə təsis edilib.