Avstriyada seçkilərin qalibi “Yaşıllar” oldu

Dünən Avstriyada keçirilən prezident seçkilərində rəsmi olmayan məlumatlara görə Yaşıllar Partiyasının namizədi Van der Bellen Avstriyanın prezident postuna seçilib.
Van der Bellenin rəqibi radikal millətçi Norbert Hofer məğlubiyyətini etiraf edib. Exit Poll nəticələrinə görə Van der Bellen 56% səs toplayıb.
Qeyd edək ki, Avropa İttifaqının əleyhdarı Hoferin əksinə Bellen “Birləşmiş Avropa Dövlətləri” ideyasını dəstəkləyir. İqtisad professoru 72 yaşlı Bellenin andiçmə mərasimi 26 yanvarda keçiriləcək.