Axtarışlar hələ ki, nəticə verməyib

2016-cı il dekabrın 15-də Xəzər dənizində estakadanın uçması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.
Xəbəri Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Xəbərə görə, nazirliyin aviasiya dəstəsinin 3 helikopteri axtarışa cəlb olunub.
Bundan əlavə, axtarışlarda 3 gəmi iştirak edir.
FHN qeyd edir ki, Sularda Xilasetmə Dövlət Xidməti və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb ediliblər.
Dekabrın 15-i səhər saat 5 radələrində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb. Onlardan yalnız birinin, İlham Qafarovun cəsədi tapılıb. Qalan neftçilərin axtarışı davam edir.