Azərbaycan Gürcüstan iqtisadiyyatına 151 mln. dollar yatırıb

Bu ilin III rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 151 mln. ABŞ dolları həcmində birbaşa xarici investisiya (FDI) yatırıb. Bu barədə Gürcüstan Milli Statistika Ofisi məlumat yayıb.
Qurumun məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan məcmu investisiyanın 33%-nə bərabərdir və bu göstəriciyə görə Azərbaycan lider ölkə olub.
Statistika İdarəsinin məlumatına əsasən, Azərbaycandan sonra ilk üçlükdə 111 mln. dollarla (24%) Türkiyə, 52 mln. dollarla (11%) Lüksemburq da qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi 2015-ci ilin iyun-oktyabr ayları ilə müqayisədə 27 mln. dollar yaxud 15,17% azalıb.
Ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin (463 mln. dollar) əsas hissəsi (30,24% və ya 140 mln. dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib.