Azərbaycan milli komandasının reytinqdə yeri dəyişməyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Azərbaycan yığma komandası ötən aykı mövqeyini qorumağı bacarıb. Ehtiyatında 386 xal olan millimiz 90-ci pillədə özünə yer tutub.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 3-cü (), Şimali İrlandiya 32-ci (0), Çexiya 43-cü (0), Norveç 83-cü (+1), San Marino 202-ci (0) pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi rəhbərlik edir. Braziliya 1544 xalla ikincidir.