Azərbaycan Premyer Liqasında ilin son turunun təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun görüşləri üçün bütün təyinatlar müəyyənləşib.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verilən məlumata görə, 2016-cı ilin son turunda Bakıda “Qarabağ” və “İnter” komandaları arasında keçiriləcək oyun Fariz Yusifova həvalə olunub.
“Qəbələ” – “Kəpəz” görüşünü isə Əliyar Ağayev idarə edəcək.
17 dekabr (şənbə)
14:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”
17:00. “Neftçi” – AZAL
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”
17:00. “Qarabağ” – “İnter”
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena” (“CBC Sport”, canlı)