”Azadlıqda ölənlərin sayı həbsxanada ölənlərdən çoxdur”

Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovın jurnalistlərə verdiyi açıqlamada tikiləcək yeni həbsxanalardan danışıb.
Rəis müavini bildirib ki, tikiləcək 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi müxtəlif bölgələrdə – Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikiləcək ki, vətəndaşlar çox əziyyət çəkməsin.
H.Əlixanov həbsxanalarda baş verən ölüm halları ilə bağlı suala da cavab verib: “Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.
H. Əlixanov onu da bildirib ki, azadlığa çıxan məhbusların 3-də biri işlə təmin olunub və təxminən 5 min nəfəri işləyir.
MƏNBƏMeydan.tv
Əvvəlki məqaləİqtisadiyyatda qəliz ifadələr – Akşin İbişov
Növbəti məqalədə“Şahənşah” əsərinin təqdimatı olub – VİDEO