Azərbaycan qızıl ehtiyatının 12%-ni satdı

Beynəlxalq Valyuta Fondu 2016-cı ilin noybar ayı üçün dünya qızıl bazarında son vəziyyət haqda hesabat yayıb.
Abzas.net-in xəbərinə görə, hesabatdan Azərbaycan qızıl ehtiyatlarından 2,6 ton, yaxud ümumi ehiyatlarının 12%-ni xarici bazarda satdığı məlum olur.
Xatırladaq ki, Ümumdünya Qızıl Şurasının son hesabatlarında Azərbaycanın qızıl ehtiyatlarının ümumi həcminin 30,2 ton olduğu bildirilirdi.
Əvvəlki məqaləBakıda yeni metro stansiyalarının inşası üçün hazırlıqlar başlayır
Növbəti məqalədəKöçkünlər işıq probleminə görə etiraz aksiyası keçirib [video]