Bələdiyyə sədri dələduzluğa görə həbs olundu

Bakının Abşeron rayonunun Məhəmmədli kəndinin bələdiyyə sədri Vaqif Nəbiyev həbs edilib. Bu barədə Moderator.az məlumat verib. 
Bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurması olub.
Bələdiyyə sədri ilə bağlı tədqiqatın davam etdirildiyini bildirilir.