Bakı-Sumqayıt elektrik qatarı yolda qalıb

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı yolda qalıb.
Məlumata görə, yola düşən qatar Xırdalan stansiyasını keçdikdən sonra elektrik enerjisinin verilişi dayandırılıb.
Nəticədə qatar yarım saatdan çoxdur Ceyranbatan ərazisində qalıb və hərəkət edə bilmir.