Banklar dollar almaqdan imtina etdi

Bu gün ölkədəki banklardan bir neçəsi dollar və avronun alışını dayandırıb. Fins.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, bu banklara qeyri-rəsmi göstərişlə əlaqədardır. Yəni, əhali həmişə almağa çalışdığı dolları hər zaman rahat satmasına əmin olmamalıdır.   
Hazırda Amrahbank, Dəmirbank dollar və avro almır. Atabank ancaq avro alışına qadağa qoyub. Bank Avrasiya isə valyutanı limitlə alır. Bankdan verilən məlumata görə yalnız 100 dollar və 100 avro satmaq mümkündür.
Qeyd edək ki, həmişə dollar və avronun əhalidən alışında yüksək məzənnə ilə lider olan “Amrahbank” bu tapşırığı tam şəkildə yerinə yetirir Çünki əhalinin ən yüksək kursla valyutasını satdığı bankın imtinası dollara olan etimadın sarsılmasına səbəb ola bilər. Bu psixoloji amil isə ölkədə dollara olan tələbatın müəyyən qədər azaldılmasına hesablanıb.
Əksər banklar isə əhalidən dollar alışını davam etdirir. Buna səbəb həmin bankların valyuta hərracından yetərincə dollar ala bilməməsidir. Bu banklar əhalidən aldıqları dolları korporativ müştərilərinin tələbatına yönəldir.
MƏNBƏfins.az
Əvvəlki məqaləSuriyada türk əsgərlərinə hücum edilib – ölənlər var
Növbəti məqalədəƏhali inəklərini, camışlarını satır