Belçikada azərbaycanlı siyasi məhbuslara dəstək aksiyaları keçiriləcək

Belçikada Azərbaycanlı siyasi mühacirlərin yaratdığı “Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Assosiasiyası” (“International Human Rights Protection Association” (IHRPA)) bu ölkənin şəhərlərində Azərbaycandakı siyasi məhbuslara dəstək üzrə bir sıra tədbirlər keçirəcək.
Təşkilatın vitse-prezidenti Həcər Abbasovanın Turan-a verdiyi məlumata görə, dekabrın 23-də gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun hüquqlarının müdafiəsinə həsr olunmuş aksiyalar keçiriləcək.
Bu gənclər narkotik ittihamı ilə 10 il müddətinə mühakimə olunub, amma əsl səbəb Heydər Əliyevin abidəsində şüar yazmalarıdır.
Abbasovanın sözlərinə görə, təşkilat digər siyasi məhbusları müdafiə aksiyaları planlaşdırır.