BMT İsraildən Fələstində yaşayış məskənləri inşa etməməyi tələb edib

BMT Təhlükəsizlik Şurası İsraildən işğal olunmuş Fələstin torpaqlarında yəhudi qəsəbələri inşasını dərhal dayandırmağı tələb edən qətnamə qəbul edib.
Sənədi TŞ-yə üzv olan 14 ölkə dəstəkləyib.
Eyni zamanda ABŞ-ın nümayəndə heyəti yəhudi dövlətinin qətnamə mətnini əngəlləməyə dair çağırışlarına məhəl qoymayaraq səsvermədə bitərəf qalıb.
Qətnamədə qeyd olunur ki, Şərqi Yerusəlim də daxil olmaqla, işğal olunmuş ərazilərdə məskənsalma fəallığı beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir, həmçinin iki müstəqil dövlətin yaradılması yolu ilə münaqişənin nizamlanması üçün ciddi əngəl törədir.
BMT TŞ İsraildən “bütün məskənsalma fəaliyyətini dərhal və tam dayandırmağı” tələb edib və hər iki tərəfi terrorçuluq və zorakılığa təhriketmə ilə mübarizəyə çağırıb.
Təhlükəsizlik Şurasının iclasında iştirak edən BMT-yə üzv dövlətlərin nümayəndələri qətnamənin qəbul olunmasını alqışlarla qarşılayıblar. ABŞ və İsrail diplomatları kənarda qalıb.
MƏNBƏReport
Əvvəlki məqaləTürk nazir: “İŞİD-in videosunun doğru olub-olmadığını bilmirik”
Növbəti məqalədəŞahin Mustafayev: “Şahdəniz 2” çərçivəsində işlər təxminən 90 faiz yerinə yetirilib