BMT-nin yeni baş katibi and içib

Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi Antonio Guterresin andiçmə mərasimi olub.
BMT-nin sabiq baş katibi Ban Ki-mun, vəzifəni təhvil verdiyi Antonio Guterres üçün mərasim təşkil edib.
Mərasimdə danışan Ban Ki-mun, Koreya müharibəsində BMT-nin yardımları və dəstəyinin özlərini həyata bağladığını izah edərək, “Mən Birləşmiş Millətlər Təşkilatının övladıyam”, – deyə bildirib.
Vəzifə müddəti boyunca çox ciddi böhranlarla və sınaqlarla qarşı-qarşıya gəldiklərini deyən Ban, azadlıq üçün xalqların ayağa qalxmasının ardından çox şiddətli qarşıdurmalar yaşandığını ifadə edib.
Ban, ikinci dünya müharibəsindən bu yana rekord sayda insanın müharibələr, çətinliklər ya da yoxsulluq səbəbiylə ölkələrindən ayrılmaq məcburiyyətində qaldığını vurğulayıb. Bir çox problemin də həllsiz hala gəldiyini dilə gətirən baş katib, Suriyadakı müharibənin və yaşanan hadisələrin əngəllənə bilmədiyini deyib.
Banın çıxışının ardınca, BMT Baş Assambleyasının sədri Peter Thomsonun rəhbərlik etdiyi mərasim ilə 1 yanvarda işə başlayacaq Antonio Guterres, BMT-yə bağlılıq göstərəcəyi və vəzifəsi əsnasında heç bir ölkə və təşkilatdan təlimat almayacağına dair and içib.
Guterres andiçmə mərasimindən sonra çıxışı zamanı, təşkilatdaislahatların lazım olduğunu söyləyib:
“BMT-nin dəyişmək vaxtı çatıb. Dünyada sülhü təmin etmək üçün var-gücümüzlə çalışmalıyıq”.