BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə sınaqlarına cavab olaraq bu ölkəyə qarşı qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda bildirilir ki, şuranın bütün üzvləri yekdilliklə bu qərarın lehinə səs veriblər. Növbəti sanksiyalar kömürün, misin, gümüşün və başqa metalların ixracına, elmi sferada əməkdaşlıqlara, həmçinin Koreya Xalq Demokratik Respublikasında gəmilərin qeydiyyatlarına aiddir.
Daha əvvəl bildirilirdi ki, ABŞ beşinci nüvə sınağının ölkəylə keçirməsinə cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Rəsmi Vaşinqtonun yeni sanksiyaları Şimali Koreya şirkətlərinin asan yolla valyuta qazanmalarını məhdudlaşdırmağı nəzərdə tutur.