Cümə axşamı, 26 Noyabr, 2020
Ev Cəmiyyət Bu il ənənəvi bayram konserti olmayacaq

Bu il ənənəvi bayram konserti olmayacaq

Dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda ənənəvi konsert proqramı keçirilməyəcək.
Bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. İdarə rəsmisinin sözlərinə görə, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavadehlik daşıyıb:
“Konsertin keçirilməməsinin səbəbini də onlar bilir.”
Nazim Məcidov dekabrın 31-də Dənizkənarı Milli Parkda ancaq atəşfəşanlıq olacağını vurğulayıb:
“Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciət edib. Atəşfəşanlıq üçün qurğular gətirilib və onların yerləşdiriləcəyi ərazilər müəyyənləşdirilib.”