Bu il 53 əcnəbi məhbus öz ölkəsinə təhvil verilib

Bu il ərzində Azərbaycanda cinayət törətdikləri üçün azadlıqdan məhrum edilmiş 53 xarici ölkə vətəndaşı öz ölkəsinə təhvil verilib.
Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.
Həmin məhkumlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.
Nazirlikdən bildirilib ki, həmçinin il ərzində müxtəlif xarici ölkələrdə cinayət törətdiyi üçün azadlıqdan məhrum edilmiş 54 azərbaycanlı məhkum Azərbaycana təhvil verilib.