Cənubi Koreyada prezident əleyhinə mitinqlər davam edir

Cənubi Koreyada 100 minlərlə etirazçı altıncı ardıcıl həftə sonu Seul küçələrinə çıxaraq etiraz nümayişləri keçirir. Onlar hazırki prezident Park Geun-Hyenin istifasını tələb edir.
Nümayişlər dünən Cənubi Koreya Milli Assambleyasının Parkın impiçment olunmasına dair səsverməni dekabrın 9-dək təxirə salmasını bəynat etməsindən sonra yenidən qızışıb.
Prezident adı multi-milyon dollarlıq satış qalmaqalında hallanandan sonra onun haqqında ölkədə korrupsioner lider imici yaranıb.
Prezidenti də əhatə edən qalmaqal paytaxt Seulun mərkəzində 6 həftə ardıcıl kütləvi etiraz aksiyalarına yol açıb. Polis hər nümayişə təxminən 320 min insanın toplaşdığını bildirsə də, təşkilatçılar bu rəqəmin 1.7 milyondan çox olduğunu vurğulayır.
 Park Geun-Hye
Park Geun-Hye
Nümayişçilərin bəziləri Milli Assambleyanın qarşısında toplaşaraq hər iki tərəfdən olan qanunvericiləri gələn həftə Parkın impiçmentinə səs verməyə çağırıb.
Cənubi Koreyanın tarixində ilk dəfə prokurorlar ölkənin cari prezidentinin adını davam edən cinayət istintaqında hallandırır. Onlar iddia edir ki, Park nüfuzlu rəfiqəsi Çoy Sun-Silin qanunsuz əməllərinə cəlb olunub. Belə ki, Koreyanın böyük holdinqləri iki fonda 65 milyon dollar ianə yatırmağa məcbur edilib. Çoyun hətta maliyyənin bir hissəsinin öz şəxsi şirlətinə yatırdığı da iddia olunur.