Çin Titanikin bənzərini inşa edir

Çinin “Seven Star Energy” firması 1912-ci ildə batan Titanic gəmisinin orijinal surətinin inşasına rəsmi mərasimlə başlayıb.
Titanic gəmisi Şixuan əyalətinin Daying şəhərindəki Aralıq dənizi mövzulu tətil qəsəbəsi layihəsinin parçası olaraq inşa ediləcək.
Ümumi xərci göstərilməyən layihənin 2017-ci ilin sonunda tamamlanması gözlənilir.
Layihəni boynuna götürən Çinli firmanın rəhbəri, “Niyə bunu Çində inşa edirik? Çünki Titanic ilə bütün insanlığa bir şey təqdim edirik. Bunu yalnız bir ölkə sahiblənmir. Amerika da, məsələn, Kung Fu Pand yarada bilir, bu çox məşhurdur. Titanic, Çində universal dəyəri təmsil edir”, – deyə bildirib.
Layihə çərçivəsində Daying şəhərində yaşayan çox sayda insan başqa bölgələrə köçməyə məcbur olub. Bölgədən köçən çinlilər vəziyyətdən məmnun deyil:
“Buradan köçmək məcburiyyətində olmasaydıq, bizim üçün çox yaxşı olardı. O zaman burada özümüzü dolandıracaq işlər görə bilərdik. Amma getmək məcburiyyətində olmağımız bizim üçün pis durumdur. Bizə lazımi qədər təzminat ödəyəcəklərini də zənn etmirik”.
Yeni Titanici ziyarət edəcək insanların orijinal gəminin içində olduqları hissini vermək üçün müxtəlif işlər görüləcək.