Çindən 1,5 milyon ədəd tut tingi alınıb

Dekabrın 2-də Silk Way Airlines aviaşirkəti Çindən Bakıya Kənd Təsərrüfatı Nazirliyi üçün yük – 1,5 milyon ədəd tut tingi gətirib.
“Shandong Guangtong Silkworm Eggs Co” şirkəti tut tingi tədarükü üzrə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tenderin qalibi olub.
Tut tingləri fermerlərə pulsuz veriləcək.
Bu ilin noyabrında prezident İlham Əliyev KTN-ə tut tingi alınması üçün 600 min manat ayırıb.