Donald Trump bütün səhmlərini satıb

ABŞ-ın seçilmiş prezidenti Donald Trump sahib olduğu bütün səhmləri satıb. Bu barədə onun sözçüsü Jason Miller “Washington Post” qəzetinə bildirib.
Trump fərqli şirkətlərdəki paylarını iyunda satıb. Əldə olunan pul seçkiqabağı kampaniyaya xərclərib. Qəzetin məlumatına görə bu xərclər 66 mln. dollar təşkil edib.
O zamandan bəri hər hansı bir şirkətin səhmlərinin alınmış olub olmaması və səhmlərin kimə satıldığı ilə bağlı suallar cavabsız qalıb. Qanuna görə, Donald Trump 2018-ci il may ayına qədər maliyyə mələləri ilə bağlı məlumatları açılmamaq hüququna malikdir.
Dekabrın 6-da Trump, yeni prezidentə məxsus Boing AIR Force One-nın hazırlanmasını çox yüksək dəyərinin olmasından dolayı durdurulmağa çağırmışdı. Yeni təyyarənin hazırlanmasının 4 mlrd dollara başa gələcəyi qeyd olunmuşdu. Nəşrin verdiyi məlumata görə, 2016-cı ilin mayına Trump Boing-in 50-100 min dollar dəyərində səhmlərinə sahib idi.