Dünyanın ilk “elektrik istehsal edən yolu” Fransada açılıb

Fransanın Normandiya bölgəsində “elektrik istehsal edən yolun” ilk kilometrinin açılışı olub.
Sınaq məqsədli hazırlanan və dünyada bir ilki təşkil edən 1 kilometrlik yolun açılışı Fransa Ekologiya və Təbii Sərvətlər naziri Segolene Royal tərəfindən edilib.
Bu cür “ətraf mühit dostu’ yolların Fransa daxilində çoxaldılmasını arzuladığını söyləyən nazir, dünyada bir ilk olan bu yolun “çox ümid verici” olduğunu ifadə edib.
Günəş enerjisiylə elektrik istehsal edən yolun ilk kilometrinin 5 milyon avroya başa gəldiyi qeyd edilib.