Elgiz Qəhrəmanın məhkəməsinin tarixi məlum olub

Nidaçı məhbus Elgiz Qəhrəmanın Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilən cinayət işinin baxılacağı tarix bəlli olub. 
Abzas.net xəbər verir ki, Elgiz Qəhrəmanın işinə hakim Azad Məcidovun sədrliyi ilə dekabrın 9-u saat 10:00-da baxılacaq.
Xatırladaq ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.
Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar. Vəkillərin bildirdiyinə görə, həbsdə olan fəal həmin idarədə işgəncələrə məruz qalıb.
Elgiz Qəhrəman və NİDA həbsin siyasi motivli olduğunu bildirib. Gənc fəal sosial şəbəkədə yazdığı fikirlərə görə həbs olduğunu bəyan edib.