“Ermənistan-Azərbaycan münaqişəsi Avropanın təhlükəsizliyini pozur”

“Azərbaycanın cəlb olunduğu Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Moldova və Gürcüstanda davam edən münaqişələr Avropanın təhlükəsizliyini pozmağa davam edir”.
Bunu ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.
Onun sözlərinə görə, ATƏT məkanında bir çox yerlərdə təşkilat korrupsiya, ATƏT-ə üzv ölkələr arasında etimadın olmaması kimi problemlərlə üzləşir.