Ermənistanda işığın da qiyməti ucuzlaşdı

Dekabrın 23-də Ermənistanın İctimai Xidmətin Tənzimlənməsi Komissiyasının qərarı ilə əhali üçün gündüz elektrik enerjisi tarifi 1 kilovatt saat üçün 44,98 dram (cari tarif 1 kilovatt saat üçün 46,2 dram), gecə tarifi – 1 kilovatt saat üçün – 34, 98 dram (cari tarif 1 kilovatt saat üçün 36,3 dram) müəyyən edilib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, yeni hökumətin təklifi ilə aztəminatlı ailələrə xüsusi tariflər müəyyən ediləcək. Komissiyasının tariflərin idarə edilməsi şöbəsinin rəisi Qareqin Baqryamanın sözlərinə görə, belə ailələr üçün cari tarif 6,2 dram azalacaq.
“Aztəminatlı ailələr üçün gündüz tarif 1 kilovatt saat üçün 40 dram, gecə isə 30 dram müəyyən ediləcək” – deyə o bildirib.
Bundan əvvəl Ermənistanda yanacaq və qazın da qiyməti endirilib.