“Eurovision”da Azərbaycanı DiHaj təmsil edəcək

Dekabrın 5-də 2017-ci ilin “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.
İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, münsiflər heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, DiHaj kimi tanınan Diana Hacıyeva hazırda Bakı Caz Mərkəzində çalışır. D.Hacıyevə Tiflisdə keçirilən Qafqaz Musiqi Mükafatlarında bu ilin ən yaxşı debüt ifaçısı mükafatını qazanıb