FİFA futbolda yeni qayda tətbiq edəcək

FİFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır.
Ali futbol qurumu komandaların heyətində yalnız kapitanların baş hakimlə danışmasına icazə verəcək qanun üzərində işləyir.
Bu barədə qurumun texniki məsələləri üzrə məsul şəxs – hollandiyalı sabiq futbolçu Marko van Basten açıqlama verib: “Matç zamanı xeyli sayda futbolçu hakimə etiraz edir. Bu addımla futbolçuların daha yaxşı hərəkət etmələrini təmin edəcəyik”.