Gələcək 18 ildə Bakıda 121 919 bina köçürüləcək

Bakı şəhərində 2035-ci ildək ümumi yaşayış fondu 97 781 kv.metr, adambaşına yaşayış sahəsi isə 25 kv. m təşkil edəcək. 
Bu, Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş Plan) nəzərdə tutulub.
Plana görə, 2035-ci ilədək paytaxtda 121 919 bina köçürülməyə məruz qalacaq. Binaların köçürülməsi səbəbləri sırasında yolların yenidən qurulması, dövlət əhəmiyyətli obyektlərin tikintisi, yaşayış ərazilərinin yenidən qurulması və s. göstərilir.
Bundan başqa, 2035-ci ilədək Bakıda mehmanxanaların tutumunun (nömrə) 60 min, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin 81 ədəd, ali təhsil müəssisələrinin sayının 51 ədəd olacağı proqnozlaşdırılır.