Gülnarə Kərimovanın oğlu: “Anamın yaşadığını dünyaya bəyan edin”

Sabiq Özbəkistan prezidenti İslam Kərimovun qızı, bir zamanlar ölkənin ən güclü qadını olaraq göstərilən Gülnarə Kərimovanın oğlu anasının harada olduğunun açıqlanmasını tələb edib.
İslam Kərimov, Özbəkistan hökümətinin rəsmilərini anasının harada olduğu məlumatını açıqlamağa dəvət edib. Kərimov, Özbəkistan təhlükəsizlik qüvvələrini, anasını həbsdə saxlamaqda günahlandırıb.
Qeyd edək ki, sabiq prezident İslam Kərimov 2 sentyabrda vəfat edib. Gülnarə Kərimova bir müddət atasının varisi olaraq görülürdü.
İslam Kərimov
İslam Kərimov
‘Səhhətində problemlər ola bilər’
Ancaq ailə daxilindəki ixtilaflardan sonra, Kərimova 2014-cü ildən gözdən itdi. Onun adı, ticarət, siyasət, moda və pop musiqisi ilə yanaşı, korrupsiya iddiaları ilə bərabər də hallanırdı.
Kərimovanın Londonda yaşayan oğlu İslam Kərimov BBC-yə, anasının uzun müddət, paytaxt Daşkənddə yerləşən malikanəsinin yanındakı iki – üç otaqlı əlavə binada həbs edildiyini söyləyib.
Kərimov, bunun anasının sağlamlığına mənfi təsir etdiyini ifadə edib:
“Əminəm ki, iki-üç il müddət ərzində təcrid altında tutulan hər insan, müəyyən tibbi yardıma ehtiyac duyar. Ancaq ruhi sağlığının yerində olmadığı barədə yayılan xəbərlər yalandır”.
Kərimov, anasının həbsindən ölkənin güclü təhlükəsizlik təşkilatı SNB-ni məsul tutub və SNB-ni məlumat verməməkdə tənqid edib.
Kərimov, “Necə olur da, 21-ci əsrdə sadə bir sualı cavablandırmırlar: Gülnarə haradadır? Ev həbsindədirmi? Niyə? Nə vaxtdan? Kimin nəzarətindədir? Bu sadə sualların cavablandırılması lazımdır”, – deyə qeyd edib.
"The centre1.com" xəbər portalı Gülnarə Kərimovanın öldüyünü iddia edir
“The centre1.com” xəbər portalı Gülnarə Kərimovanın öldüyünü iddia edir
İ.Kərimov anasının öldüyü barədə iddialara isə belə cavab verib:
“Öldüyü barədə söz-söhbətlər var. Ancaq həqiqətən belədirmi? Rəsmi olmadan heç kim bu məlumatları təsdiq edə bilməz”.
Anasıyla birbaşa əlaqəsi olmadığını, ancaq Özbəkistanda olan bacısı İmanla əlaqəsi olduğunu söyləyən Kərimov, babasının yas mərasiminə nə anasının, nə də özü və bacısının qatılmasına icazə verildiyini bildirib.
Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri 4 dekabrda keçiriləcək.
Hal-hazırda dövlət başçısı olan Şövkət Mirziyoyevin seçkilərdə qalib gələcəyi ehtimal edilir.