Heykəl məhbusu Qiyas İbrahimov 1 yaşından həbsə qədər – [Fotolar]

Qiyas İbrahimov. 1-ci sinif, Müəllimlər Günü. Yasamal rayonu 161 saylı məktəb
N!DA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov 1994-cü ilin avqustun 3-ü Bakı şəhərində anadan olub. 2012-ci ilə Bakı Slavyan Universitetinə qəbul olub. Həbs olunanda həmin universitetin 4-cü kurs tələbəsi idi. 
Qiyas İbrahimov digər nidaçı fəal Bayram Məmmədovla birgə may ayının 10-u Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar. Mayın 12-də Xətai Rayon Məhkəməsi gənc fəal haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Dekabrın 25 isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki gənc narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.
Heykəl məhbusu Qiyas İbrahimovun uşaqlıqdan həbsinə qədər dövrdə çəkilmiş fotolarını təqdim edirik:
Anam Şura Əmiraslanova və mən, bağçada yeni il şənliyində, əlimdə hədiyyədi
3 yaşım var, dəqiq yadıma gəlir…

4 yaşım var, stulda oturan da mən deyiləm
Deyirlər bu şəkildə 1 yaşım var, mən heç inanmıram…
Ələkbər əminin ayaqları yerə çatır, mənim ayaqlarımsa yox…
Bu o deməkdir ki, mən yaxşı oxuyuram, 5-ci sinif
Dostların doğum günündə “Üç müşketyor”
1-ci sinif, son zəng, anam və müəlliməm
Mən də 1-ci sinifin məzunuyam, anam o vaxtdan arxamda durub
Anamla fəxr edirəm
Mənim 2 yaşım, bağçadayam, bu da dəqiq yadımdadır… özü də heykəl kimi durmuşam..
Bu da mənəm, yaşım neçədir dəqiq yadımda deyil…
Şura xanımın dediyinə görə, Qiyasın uşaqlıq fotoları çox olsa da böyüdükcə o şəkil çəkdirməkdən uzaq dururmuş. Ona görə, elə uşaqlıq şəkillərindən bir başa İTV-dəki fotosuna keçdik. Qiyas İbrahimli 6-cı sinifə qədər Yasamal rayonundakı 161 saylı məktəbdə oxuyub.  Daha sonra təhsilini 46 saylı məktəbdə davam etdirib. Əlaçı olub.
İTV, “Xəmsə” intellektual verilişi
Sükut pozuldu, Heydər Əliyevin heykəlinə gül bayramınız yox, “Qul bayramınız mübarək” yazdı və 10 il azadlıqdan məhrum edildi.