Hindistanda evə nağd pul çatdırılması xidməti fəaliyyətə başlayıb

Hindistanda evlərə nəğd pul çatdırılması xidməti yaradılıb. Xidmət Snapdeal şirkəti tərəfindən həyata keçirilir. Xidmətdən istifadə ölkədə keçirilən isqisadi islahatların fonunda daha çox tələb görür.
Nəğd pul çatdırılması xidməti hələlik iki şəhərdə, Qurqaone və Banqalor şəhərlərində həyata keçirilir. Bir dəfədə 2000 rupiyə qədər pul şifariş etmək mümkündür.
Qeyd edək ki, kölgə iqtisadiyyatının və korrupsiyanın aradan qaldırılması üçün həyata keçirilən iqtisadi islahatları 500 və 1000 nominallı banknotların dövriyyədən çıxarılmasını nəzərdə tutur.  Noyabrın 9-da yerli vaxtla 00:00-da 500 və 1000 nominallıq banknotların dövriyyəsinin durdurulması nəticəsində ölkədə nəğd pul defisi yaranıb.