“İçərişəhər”də Marionet Teatrı açılıb

Bu gün Bakının tarixi hissəsi olan “İçərişəhər” tarix-memarlıq qoruğunda prezident İlham Əliyevin iştirakı ilə Marionet Teatrının açılışı olub. 
Asəf Zeynallı küçəsində yerləşən teatr rəssam, dizayner, rejissor Tərlan Qorçunun rəhbərliyi altında fəaliyyət göstərir. Teatrda artıq “Leyli və Məcnun” tamaşasının sınaq nümayişləri keçirilib və tamaşaçıların rəyinə görə, bu Şərq poemasının marionetlərin ifasında tamaşası alınıb.