İndoneziyada zəlzələ olub

Dekabrın 7-də səhər saatlarında, İndoneziyada baş vermiş zəlzələdə ən az 18 nəfər həyatını itirib. 
Yeraltı təkanlar yerli saatla 5:30-da qeydə alınıb. ABŞ Geoloji xidmətinin məlumatına episentri Sumatra adası olan görə zəlzələ 6,5 gücündə olub.
Zərərçəkənlər haqqında ilk məlumatlar Açex əyalətindən gəlib. Dövlət orqanlarının verdiyi məlumata görə, zəlzələdən zərərçəkənlərin sayı ən az 18-dir və xilasetmə işləri davam edir. CNN-in məlumatına görə isə, zərərçəkənlərin sayı ən az 26-dır.
Bəzi binaların çökməsi nəticəsində altında insanların qaldığı ehtimal olunub. Hadisə yerində ağır texnika və xilasedicilər çalışır.