İnsan Hüquqları Günü münasibətilə “Siyasi məhbuslara dəstək” kampaniyası təşkil edilib [Foto-video]

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup 10 Dekabr İnsan Hüquqları Günü münasibətilə “Siyasi Məhbuslara Dəstək Kampaniyası” təşkil edib.
Tədbir REAL Hərəkatının ofisində keçirilib.
Dəstək kampaniyası çərçivəsində siyasi məhbuslar üçün kitablar, məktublar, açıqcalar və digər kiçik hədiyyələr toplanıb.
İşçi Qrupun üzvləri və siyasi məhbusların vəkilləri kampaniyaya dəstək vermək üçün gələnləri qarşılayıblar. Onların arasında Xədicə İsmayıl, Şahvələd Çovbanoğlu, Samir Kazımlı, Rövşən Hacıbəyli, Anar Məmmədli, Rəsul Cəfərov, Xalid Bağırov, Əsabəli Mustafayev, Fariz Namazlı, Yalçın İmanov, Cavad Cavadov, İntiqam Əliyev digər tanınmış şəxslər olub.
Dəstək kampaniyası həmçinin sosial şəbəkələrdə də aparılıb. Facebook istifadəçiləri İşçi Qrupun “Siyasi Məhbuslar” adlı səhifəsinə yazmaqla öz dəstəklərini nümayiş etdiriblər.