İstanbuldakı terrorda ölənlərin sayı 44-ə çatıb

Dekabr 10-da Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 44-ə çatıb.
APA-nın Türkiyə informasiya agentliklərinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ açıqlayıb. O bildirib ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i isə mülki vətəndaşdır. Yaralanan 140-dan çox insan xəstəxanalarda müalicə olunur.
Xatırladaq ki, terror dekabrın 10-da İstanbuldakı “Vodafone Arena” stadionunun ətrafında baş verib. Terror aktının “Chevrolet” markalı avtomobillə törədildiyi bildirilir. Baş nazirin müavini, hökumət sözçüsü Numan Kurtulmuş terrorçuların 300-400 kq partlayıcı maddədən istifadə etdiyini söyləyib.
Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. Terrorla bağlı 13 şübhəli saxlanılıb.