Kanadalı fiquristlər dünya rekorduna imza atıblar

Kanada fiquristləri Tessa Virtue və Scott Moir Marseldə Qran-pri finalında qalib olmaqla bərabər, balların cəminə görə dünya rekorduna imza atmış oldular.

Qısa  və sərbəst rəqslərdə cəmi 197,22 bal nəticə əldə ediblər. Qran-pri finalından ilk dəfə qlib çıxan Tessa Virtue və Scott Moir bundan əvvəl dörd dəfə ikinci yerin sahibi olublar.

Qeyd edək ki, əvvəlki rekord nəticə bu il Yaponiya Qran-pri etapında (195,84 bal) qazanılmışdı.

Qran-pri finalında ikinci yeri 192,81 balla fransız Gabriella Papadakis və Guillaume Cizeron, üçüncü yeri isə 189,60 balla amerikalı Maia və Alex Shibutan tutmuşdur.