Kassirsiz və satıcısız ilk dükan açılacaq

İnternet vasitəsi ilə məhsulları və xidmətləri satan nəhəng “Amazon.com, Inc.” şirkətinin yeni “Amazon Go” oflayn-mağazası test rejimdə Siyetlda (Vaşınqtont ştatı, ABŞ) fəaliyyətə başlayacaq. Bu mağazada kassir və satıcı olmayacaq. 
“Amazon Go” müştərilər üçün tam şəkildə 2017-ci ildə açılacaq. Mağazanın sahəsi 167 kvadrat metr olacaq. Şirkət burada qida, hazır yeməklər (sendviş, salatlar) və s. mallar satılacaq.
Müştərilər kassasız belə keçinəcəklər: onlar mağazaya daxil olub “Amazon Go” tətbiqetməni çalışdırıb smartfonun ekranından QR-kodu skan edəcəklər. Malların kodlarının skanı avtomatik baş verəcək. Hesab Amazon saytında şəxsi kabinetdə nümayiş olanacaq.