Leyla və Arif Yunusların işi yenidən Apellyasiya Məhkəməsində baxılacaq

Bu gün Leyla Yunus və Arif Yunusun işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 09.12.2015-ci il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarından verilən kassasiya şikayətinə baxılıb. 
Abzas.net xəbər verir ki, Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə kassasiya şikayətini qismən təmin edib. Vəkil Elçin Sadıqov bildirib ki, Leyla Yunus və Arif Yunusun işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işin yenidən apellyasiya instansiyasında baxılması qərara alınıb.
13 avqust 2015-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmin ilin noyabrın 12-si Arif Yunusu, dekabrın 6-sı isə Leyla Yunusu 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxıb.