Liviya təyyarəsini qaçıran şəxslərin məhkəməsi olub

“Afriqivyah” hava yollarına məxsus sərnişin təyyarəsini qaçıraraq Maltaya endirən iki Liviyalının məhkəmə prosesi baş tutub.
Maltanın paytaxtı Valetta şəhərində keçirilən prosesdə Moussa Shaha və Əli Əhməd adlı şəxslər təyyarə qaçırmaq və insanları məcburi qaydada saxlamaqda günahlandırılıb.
“Euronews”-un xəbərinə görə, şübhəlilər günahsız olduqlarını müdafiə edib.
Xatırladaq ki, Liviyada Sabha-Trablus daxili xətt səfərini həyata keçirən təyyarənin Maltaya enişindən bir neçə saat sonra quldurlar təslim olmuş, təyyarədəki 118 sərnişin evakuasiya edilmişdi.