“Mərkəzi Bankın qərarı hakimiyyətin acizliyini göstərir”

Azərbaycandan valyuta köçürmələrinə $10 min həcmində limit tətbiq edilməsi barədə qərar bir daha göstərir ki, hökümət hələ də Azərbaycandan kənara valyuta axınının qarşısını almaqda çətinlik çəkir və onun həllində acizdir. Tanınmış iqtisadçı Qubad İbadoğlu belə hesab edir.
Azərbaycan Mərkəzi Bankının qərarına görə, dekabrın 8-dən rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1000  АBŞ dоllаrı, ay ərzində isə 10000  АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.
Bu qərarı şərh edən Q.İbadoğlu sosial şəbəkədəki səhifəsində yazıb ki, bu cür limit xaricdə təhsil alanlar üçün problem yaradacaq.
“Məsələn, mənim professoru olduğum Duke Universitetində 1 illik təhsil haqqı yaşayış xərcləri ilə birlikdə 65 min dollardır. Bizim limitə görə, övladı belə universitetlərdə oxuyan valideyn bu vəsaiti 6,5 ay ərzində köçürə bilər. Bu isə əlavə çətinliklər yaradacaq.
Digər tərəfdən, valyutanın sərbəst hərəkəti investorlar üçün də əhəmiyyətli məsələdir, o qeyd edib.