Milli Məclisdə büdcə zərfinin müzakirəsi başa çatıb

Milli Məclisin plenar iclasında 2017-ci il üçün büdcə zərfinin müzakirəsi başa çatıb.
Plenar iclasda “2017-ci ilin dövlət büdcəsi”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları müzakirə olunub.
Qeyd edək ki, millət vəkillərinin təkliflərini dəyərləndirmək üçün hökumətə dekabrın 16-dək vaxt verilib.