Müəmmalı video, Türkiyə rəsmilərinin səssizliyi və sosial şəbəkələrə giriş əngəli

Türk hərbçilərini edam edən terrorist
Bu gün İŞİD 2 türk əsgərini yandırdığı və digər 2 hərbçini güllələyərək öldürdüyünə dair məlumat yayıb. Yayılan məlumatları hər hansı rəsmi mənbə təsdiq və ya təkzib etməyib.
İddia sosial şəbəkələrdə, əvvəlcə Sputnik-in türkcə internet saytında və kəşfiyyat mövzularında ixtisaslaşan Amerika qaynaqlı SITE saytında dərc edilib.
İŞİD-in yayımladığı 19 dəqiqəlik videoda terror təşkilatının əsgər Serter Taş və Fethi Şahini yandıraraq öldürdüyü görülüb. Eyni videoda 2 türk hərbçisi, Xüsusi Təyinatlılara mənsub olan Kıvanç Kaşıkçı və Muhammed Duran Keskinin Əl-Babda gedən döyüşlərdə necə ələ keçirildiyi və daha sonra yandırılan əsgərlərin bərabərində güllələnərək öldürüldüyü görüntülərinə yer verilib.
Qeyd edək ki, Serter Taş 1 sentyabr 2015-ci il tarixində terrositlərə əsir düşüb. Güllələn Muhammed Duran Keskin isə bu ilin 29 noyabrnda Əl-Bab bölgəsinin Əd-Dana kəndində gedən döyüşlərdə İŞİD tərəfindən qaçırılıb.
Türk əsgərlərinin öldürülmüş olması ehtimalıyla əlaqədar olaraq rəsmi mənbələr hələ də bir açıqlama verməyib. Bir hərbi mənbə, “Son bir neçə gündür İŞİD terroristləri Əl-Bab-da sıxışmış vəziyyətdədir. Bu səbəblə ordumuza istiqamətli sosial şəbəkələr vasitəsilə bəzi real olmayan xəbərlər yaymağa çalışılır. Bu xəbərlərin doğruluğuna inanmayın”, – deyərək kifayətlənib.
Eyni dəqiqələrdə “Twitter”-a giriş “Suriyadakı qarşıdurmalarla bağlı paylaşımlar” səbəbiylə müvəqqəti olaraq dayandırılıb. Ancaq bu mövzuda hələ İnformasiya Texnologiyaları Nazirliyi (BTK) ya da başqa bir rəsmi mövqedən açıqlama gəlməyib. “Facebook”, “Youtube” və “Google”-a da girişdə problemlər yaşandığı ifadə edilir.
Paylaşılan video bütün sosial şəbəkələrdə sürətlə yayımlandıqdan bir neçə dəqiqə sonra, yandırılan əsgərlərin türk hərbçisi olmadıqlarına dair şəkillər paylaşılıb.
Türk əsgərin sosial şəbəkə profili olduğu iddia edilən fotolar:
İddia olunur ki, videoda yandırıldığı görülən və İŞİD-in türk əsgəri deyə bildirdiyi Fethi Şahinin “Facebook”da İŞİD yönümlü paylaşımlar edib. Keçən il terror təşkilatına əsir düşən iki əsgərdən biri olan F.Şahin paylaşımlarında İŞİD-i dəstəklədiyini bildirir və Türkiyə prezidenti Recep Tayyip Erdoğana qarşı çıxır.
Maraqlısı odur ki, Fethi Şahin yandırıldığı videoda düşdükləri vəziyyətin səbəbkarı kimi Erdoğanı göstərir və Türkiyədə yaşayan İŞİD dəstəkçilərini ayağa qalxmağa çağırır: “Əgər sussanız, sizin də sonunuz bu cür olacaq”.
O bildirir ki, Türkiyə ordusu qısa müddət ərzində İslam Dövlətinin torpaqlarından geri çəkilməlidir.
Yayımlanan videoda türk əsgəri Erdoğanı günahlandırır
Videoda yer alan və əsgərləri edam edən terrorçu isə Türkiyə ordusuna səslənərək, Əl-Bab əməliyyatını dayandırmalarını, əks təqdirdə bütün əsgərlərin bu cür yandırılacağını və qətliam olacağını deyir.
Türk hərbçilərini edam edən terrorist
Əlavə olaraq bildirək ki, sosial şəbəkələrdə yayılan məlumatlar Türkiyənin heç bir xəbər agentliyində yer almayıb. Mövzu ilə əlaqədar paylaşım edən Sol xəbər portalı və Ekşi Sözlük saytına giriş əngəllənib.
Qeyd: İŞİD Terror Təşkilatının yayımladığı videoda şiddət görüntüləri olduğuna görə saytımızda dərc etdiyimiz məlumatda yerləşdirilməyib.