Nazir: Əsas məqsəd uzaq mənzilli raketlərin istehsalıdır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2016-cı ilin dövlət sifarişi proqramını artıqlaması ilə yerinə yetirib.
Bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, cari ildə nazirliyin güc qurumlarına təhvil verdiyi müdafiə sənayesi məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıq olub: “Eləcə də çeşidlərin sayı 1,8 dəfə artıb”.
Nazir bildirib ki, hazırda silah istehsalı ilə əlaqədar bir sıra layihələrin reallaşdırılması istiqamətində aparıcı ölkələrin tanınmış şirkətləri ilə danışıqlar aparılır.
Y.Camalov deyib: “Danışıqların nəticəsi olaraq artıq iki razılıq əldə olunub. Əsas məqsəd uzaq mənzilli raketlərin istehsalıdır”.