Netanyahudan John Kerry-yə sərt etiraz

İsrail Baş naziri Benjamin Netanyahu ABŞ xarici işlər naziri John Kerry-nin İsrail-Fələstin problemi ilə bağlı açıqladığı təklifə sərt reaksiya göstərib.
John Kerry-ni İsrailə qarşı qərəzli olmaqla günahlandıran Netanyahu, Yaxın Şərqdə sülh istəməyən tərəfin fələstinlilər olduğunu iddia edib.
Benjamin Netanyahu, “John Kerry-nin bugünkü çıxışından dərin xəyal qırıqlığı yaşadığımı ifadə etmək istəyirəm. Tarazlığı olmayan açıqlama, eynilə keçən həftə Birləşmiş Millətlər Təşkilatında qəbul edilən İsrail əleyhinə qərar kimi oldu. Nazir Kerry, əsas olaraq israillilər ilə fələstinlilər arasındakı sülh mövzusunda etdiyi çıxışında, fələstinlilərin təxminən bir əsrdir yəhudi dövlətinə qarşı apardığı fasiləsiz terror fəaliyyətlərinə ötəri toxundu”, – deyə bildirib.
“Euronews”-un xəbərinə görə, Fələstin Dövlət Başçısı Mahmud Abbas da etdiyi yazılı açıqlamada, İsrailin işğal altında saxladığı Fələstin torpaqlarındakı məskunlaşma qəsəbələrinin inşaatını dondurması şərti ilə sülh danışıqlarına davam etməyə hazır olduğunu vurğulayıb.
Bu arada İsrailin qeyri-qanuni məskunlaşma fəaliyyətlərinin “dərhal və tamamilə” dayandırmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarının ardından Qüds Bələdiyyəsi, yeni yəhudi məskunlaşma planları barədə görüşü irəli tarixə təxirə salıb.
Ancaq qeyri-hökümət təşkilatları, İsrailin Şərqi Qüdsdə məskunlaşacaq insanlar üçün çox mərtəbəli bir binanın inşa edilməsinə icazə verdiyini bildirib.
Əvvəlki məqalə“Stratfor” 2017-ci ilə dair proqnozlarını açıqlayıb
Növbəti məqalədəKommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı