Özbəkistanın yeni prezidentinin andiçmə mərasimi olub

Özbəkistanın baş naziri Shavkat Mirziyaev
Dekabrın 14-də Özbəkistanın yeni prezidenti seçilmiş Şavkat Mirziyoyevin Özbəkistan parlamentinin iki palatasının birgə yığıncağında andiçmə mərasimi keçirib.
Dekabrın 4-də keçirilmiş seçkidə qalib gəlmiş Mirziyoyev Özbəkistan Konstitusiyası və Qurana əl basaraq and içib.
Xəbər verilir ki, andiçmə mərasimində Özbəkistan hökumətinin üzvləri, nazirliklərin və dövlət idarələrinin başçıları, MSK-nın rəhbərliyi, xarici səfirliklərin və təşkilatların nümayəndələri iştirak ediblər.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə dekabrın 4-də keçirilmiş prezident seçkisində Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən baş nazir, sahibkarlar və işgüzarlar hərəkatının, habelə Liberal Demokrat partiyasının namizədi Şavkat Mirziyoyev seçicilərin 88, 61 faizinin səsini qazanaraq qalib gəlib.
Bu gün keçirilən mərasimində Özbəkistan MSK-nın sədri Mirzo-Uluqbek Abdusalamov Mirziyoyevə Özbəkistan prezidentinin vəsiqəsini və MSK-nın şəhadətnaməsini təqdim edib.