Putini tənqid edənə 3 il həbs verilib

Qazaxıstanda internetdə V.Putin-ə qarşı status yazmış şəxsə 3 illik cəza verilib.
İşadamı Sanat Dosov “Facebook”da yazdığı statuslarına görə mühakimə olunub. 2014-cü ildən bu yana yazdığı şərhlərdə o, V.Putin-in Rusiyanı dağıtdığını deyib, onun sosial siyasətini tənqid edib, Ukraynanın şərqində münaqişələrə görə Rusiyanı pisləyib.
Prokurorlar bu cür şərhlərin qanunu pozduğunu, “sosial ixtilaf” yaratdığını deyiblər. Aktobe şəhər Məhkəməsinin qərarına əsasən, S.Dosov 3 illiyinə islahedici əmək koloniyasına göndərilib.
46 yaşlı S.Dosov Qazaxıstanda “İhtiyar” adlı vətəndaş qrupunun sədridir. O, tənqidi şərhləri yazdığını etiraf edib. 6 uşağı olduğundan həbsə göndərilmək istəmədiyini söyləyib.