Qiyas İbrahimovun apellyasiya məhkəməsi başlayıb

Noyabrın 10-da NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimovun Bakı apellyasiya məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib.
Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə bu günki prosesdə gənc fəalın vəkili Elçin Sadıoqov Qiyas İbrahimovla bağlı prosesin qismən istintaqla aparılması, gənc fəala bəraət verilməsi, iş üzrə əlavə şahidlərin çağırılması, narkotik maddəsi üzrə ekspertizanın təyin olunması barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib. İclasın baxış iclası dekabrın 26-na təyin edilib.
Apellyasiya şikayətində Qiyas İbrahimova bəraət verilməsi xahiş olunub.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyasvə Bayram Məmmədov bu il mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar. Hər iki gənc narkotikin qanunusz dövriyyəsində ittiham olunur.
Dövlət ittihamçısının 9 il həbs istəməsinə baxmayaraq bu il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Amnesty International Qiyas İbrahimovu və Bayram Məmmədovu “vicdan məhbus”u elan edib.
Qurum hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtadır.
“Gəncləri siyasi fəaliyyətinə görə cəzalandırmaq yeganə məqsəd olub”, Amnesty İnternational qeyd edib.