“Rusiyanın Gürcüstanla münasibətləri normallaşdırmaq marağını alqışlayırıq”

Gürcüstan Rusiyanın qarşılıqlı münasibətləri normallaşdırmaq istəyinə müsbət baxır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, baş nazir Giorgi Kvirikashvili NATO baş katibi Jens Stoltenberg ilə Brüsseldə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında Rusiya Federasiyasının Gürcüstanla münasibətlərin normallaşdırması marağını alqışlayıb.
G.Kvirikashvili çıxışında tərəflərin münasibətinin normallaşdırılmasında bir neçə reallığın müzakirəsinə ehtiyac olduğunu bildirib:
“Bir tərəfdən münasibətlərin qarşılıqlı normallaşdırılması bildirilir və biz bu fikirlə razıyıq. Amma digər tərəfdən Gürcüstanda yeni reallıq var və xalqımız və hökumət  qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının yeni müstəqil dövlətlər kimi mövcudluğu yolverilməzdir. Belə ki, Rusiya ilə Gürcüstan arasında ikitərəfli münasibətlər beynəlxalq aləmin tanıdığı milli sərhədlərin ərazi bütövlüyü əsasında və gürcü xalqının suveren qərarları əsasında olmalıdır. Qərar tamamilə aydın və başa düşüləndir,” – Kvirikashvili qeyd edib.