Səfiri qətlə yetirən şəxsin kimliyi məlum olub – [Foto-video]

Rusiyanın səfiri andrey Karlovu qətlə yetirən şəxsin polis məktəbindən məzun olduğu ortaya çıxıb.
“Abzas” Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı sui-qəsd törədərək qətlə yetirən şəxsin kimliyi məlum olub.
Səfirə atəş açan şəxsin Türkiyənin Aydın şəhərinin Söke rayonunda doğulan 1994-cü il təvəllüdlü Mevlüd Mert Altındaş olduğu bildirilir. 2014-cü ildə İzmir Rüştü Ünsal Polis Məktəbindən məzun olan Altındaşın çevik qüvvət polisi olduğu da gələn məlumatlar arasındadır.

 

AP