SOCAR neft məhsullarının ixracı barədə məlumat yayıb

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin noyabr ayında 83 min 12 ton dizel yanacağı, 2 min 843 ton təyyarə yanacağı, 8 min 104 ton yüksək təzyiqli polietilen, 6 min 190 ton maye piroliz qətranı, 3 min 402 ton propilen və 3min 600 ton butilen butadiene fraksiyası ixrac edib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilir.
Ümumilikdə, 2016-cı ilin yanvar-noyabr ayları ərzində 676 min 171 ton dizel yanacağı, 174 min 35 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 76 min 726 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 57 min 577 ton maye piroliz qətranı, 37 min 554 ton propilen və 18 min 766 ton butilen butadien fraksiyası ixrac edilib.
2016-cı ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 471,35 ABŞ dolları,təyyarə yanacağının – 440,42 dollar, dizel yanacağının – 408,57 dollar, 1% kükürdlü mazutun qiyməti – 257,85 dollar, yüksək təzyiqli polietilenin – 1213,75 dollar, butilen butadien fraksiyasının- 524,70 dollar, maye piroliz qətranının – 471,35 dollar, propilenin qiyməti – 755 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 918 avro təşkil edib.